Martın 24-də gözlənilən hava şəraiti

Mar23,2021 #Hava

Sabaha olan hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətinin “QİA.az”a verdiyi məlumata görə martın 24-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru yarımadanın bəzi yerlərində qısamüddətli  yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.

Mülayim cənub-qərb küləyi axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. 

Havanın temperaturu  gecə  6-8 dərəcə isti, gündüz 15-20 dərəcə, bəzi yerlərdə 22 dərəcə isti olacaq. Bakıda gecə 6-8 dərəcə  isti, gündüz 18-20 dərəcə  isti olacaq. 

Atmosfer təzyiqi normadan aşağı 752 mm civə sütunundan 745 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz  olacaq.  Martın 24-də Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. 

Havanın temperaturu gecə 3-8 dərəcə isti, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz  0-3 dərəcə şaxta olacaq.  

Tibbi-meteoroloji proqnoz:

Martın 24-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əsasən əlverişlidir.

QARABAĞ İNFORMASİYA AGENTLİYİ

Oxşar Xəbərlər