Qazaxıstanda bir gündə dörd zəlzələ qeydə alınıb

Qazaxıstanın Seysmik Stansiyalar şəbəkəsi vasitəsi ilə bir gündə dörd zəlzələ qeydə alınıb.

QİA.AZ xəbər verir ki, martın 24-də Almatı vaxtı ilə saat 01:36-da qeydə alınan zəlzələnin episentri şəhərdən cənub-qərbdə, 730 kilometr məsafədə Tacikistan və Əfqanıstan sərhədində yerləşir. Zəlzələ 10 kilometr dərinlikdə 5.0 bal gücündə qeydə alınıb.

Növbəti təkan saat 03:14-də Almatı şəhərindən 369 kilometr cənub-şərqdə Çin ərazisində 15 kilometr dərinlikdə qeydə alınıb.

Üçüncü zəlzələ 4.2 bal gücündə saat 06:04-də baş verib. Zəlzələnin episentri Almatı şəhərindən 375 kilometr cənub-şərqdə Çinin 5 kilometr dərinliyində olub.

Almatı vaxtı ilə saat 13:03-də qeydə alınan dördüncü yeraltı təkanın episentri şəhərdən 249 kilometr şimal-şərqdə 15 kilometr dərinlikdə yerləşir.

Qazaxıstanın Tekeli və Taldkorqan şəhər sakinləri 2-3 bal gücündə yeraltı təkanları hiss ediblər.

Zəlzələ nəticəsində dağıntılar və xəsarət alanlar haqda məlumat verilməyib.

Oxşar Xəbərlər