Fransada uşaq Birinci Dünya müharibəsinə aid qumbara tapıb      

Fransada 8 yaşlı uşaq Birinci Dünya müharibəsi dövrünə aid partlamamış əl qumbarası tapıb.

“QİA.az” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Proqres” qəzeti yazıb.

Hadisə Lion şəhəri yaxınlığındakı Tassan la Demi-Lyun kommunasında baş verib. Belə ki, uşaq bağçada qardaşları ilə oynayan zaman Birinci Dünya müharibəsi dövrünə aid partlamamış əl qumbarası aşkar edib.

İstehkamçılar qrupu hadisə yerinə gələrək silahı zərərsizləşdirmək üçün ərazidən aparıblar. Ehtimal edilir ki, qumbara əraziyə gətirilən torpağın içində olub.

Oxşar Xəbərlər