İndoneziyada qayıq gəmi ilə toqquşub, onlarla insan itkin düşüb

Apr4,2021

İndoneziya sahillərində balıqçı qayığı gəmi ilə toqquşub.

“QİA.az”ın məlumatına görə, bu barədə yerli ANTARA agentliyi xəbər verib.

Hadisə nəticəsində qayıqda olan 17 nəfər itkin düşüb.

Agentliyin məlumatına görə, qəza zamanı balıqçı qayığında 32 nəfər olub. Qayıq toqquşma nəticəsində çevrilib. Balıqçı qayığının 15 üzvünü xilas etmək mümkün olub.

Hazırda itkin düşənlərin axtarışı üzrə əməliyyat aparılır.

Oxşar Xəbərlər