Sabiq vəliəhd şahzadənin İordaniyanın təhlükəsizliyinə təhdid yaratdığı bəyan edilib

İordaniya xüsusi xidmət orqanları istintaq zamanı sabiq vəliəhd şahzadə Həmzə Bin Hüseynin şübhəli fəaliyyətinin İordaniyanın təhlükəsizliyinə təhdid yaratdığını müəyyənləşdirib.

“QİA.az”-ın “Al-Hadath” telekanalına istinadən verdiyi məlumata görə, bunu bu gün keçirilən mətbuat konfransında İordaniya Baş nazirinin müavini və xarici işlər naziri Ayman Hüseyn Abdulla as-Safadi bildirib.

Baş nazirin müavini deyib ki, istintaq İordaniyadakı hadisəyə vəliəhd şahzadənin aktiv əlaqə saxladığı xarici tərəflərin cəlb olunduğunu  üzə çıxarıb. İordaniya xüsusi xidmət orqanları qabaqlayıcı tədbirlər çərçivəsində hökumət əleyhinə fəaliyyətlə əlaqədar aprelin 3-də artıq 16 nəfəri həbs edib: “Saxlanılanlar arasında hərbçilər yoxdur. Ordu sui-qəsdçilərin planını başlanğıcda boşa çıxarmağı bacarıb”.

Qeyd edək ki, İordaniyada sabiq vəliəhd şahzadə Həmzə bin Hüseyn ev həbsində olduğunu bildirib. Kral Məhkəməsinin keçmiş sədri Bassəm Avadalla və keçmiş müşavir Şərif Həsən isə həbs edilib.

Oxşar Xəbərlər