Hindistanda Mao qruplaşması ilə döyüşlərdə 22 hərbçi ölüb, 31-i yaralanıb

Apr4,2021

Aprelin 3-də Hindistanın Çxattisqarx ştatında Mao silahlı qruplaşması ilə döyüşlərdə təhlükəsizlik qüvvələrinin ən azı 22 əməkdaşı həlak olub, 31 əməkdaşı yaralanıb.

“QİA.az”-ın “Sinxua” agentliyinə istinadən verdiyi məlumata görə, döyüşlərdə Hindistan ordusunun 2 mindən çox xüsusi təyinatlısı iştirak edib.

Mao silahlılarının da çoxsaylı itki verdiyi bildirilir.

Qeyd edək ki, Hindistanda 1960-cı illərdən fəaliyyət göstərən Mao qruplaşması marksizm və leninizm ideyalarını təbliğ edir, hazırda Hindistanın 28 ştatından 14-də aktivdirlər. Dehli Mao qruplaşmasını daxili təhlükəsizliyə başlıca təhdidlərdən biri sayır.

Oxşar Xəbərlər