Bu gün Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunda yerləşən dövlət məktəbəqədər təhsil müəssisələri fəaliyyətini dayandırıb.
“QİA.az” xəbər verir ki, hazırda qeyd olunan ərazilərdə yerləşən məktəbəqədər təhsil müəssisələri bağlanıb.
Həmin rayon və şəhərlərdə bir sıra özəl bağçalar isə fəaliyyətini davam etdirir.
Xatırladaq ki, Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunda yerləşən məktəbəqədər təhsil müəssisələrinin aprelin 5-dən bağlanması ilə bağlı qərar aprelin 2-də müvafiq yerli icra hakimiyyəti orqanları tərəfindən verilib.
Daha sonra təhsil naziri Emin Əmrullayevin aprelin 3-də feysbuk səhifəsində “Pandemiya dövründə tədrisin təşkili” mövzusunda sualları cavablandırarkən bağçaların bağlanmayacağını və fəaliyyətlərini davam etdirəcəyini demişdi.
QİA.az