Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyinin rəhbəri cənab Bəxtiyar Əsgərov Qazaxıstan Respublikasının Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli Səfiri cənab Serkan Abdıkərimovla görüşüb.
Bu barədə “QİA.az”a Naxçıvan Nümayəndəliyindən məlumat verilib.
Görüşdə iki qardaş ölkə arasındakı yaxın münasibətlər,Naxçıvan Muxtar Respublikası ilə bir çox sahədə sıx əməkdaşlıq imkanları, regional vəziyyət, qarşıda duran vəzifələr, rəsmi səfərlər və digər maraqlı məsələlər barədə səmimi müzakirələr aparılıb.
QARABAĞ İNFORMASİYA AGENTLİYİ