Böyük Britaniyada koronavirus (COVID-19) infeksiyasına yoluxanların və bu virusun yaratdığı xəstəlikdən ölənlərin sayı artıb.
“QİA.AZ”ın məlumatına görə, son sutkada 20,4 min yeni yoluxma faktı qeydə alınıb, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 532 nəfər vəfat edib.
Ölkədə ümumilikdə 1, 23 milyon nəfər koronavirus infeksiyasına yoluxub, 49 770 pasiyent vəfat edib.