Borrell Qarabağla bağlı razılaşmanı şərh etdi

Noy11,2020
Borrell Qarabağla bağlı razılaşmanı şərh etdi

Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Dağlıq Qarabağdakı hərbi əməliyyatların tamamilə dayandırılması barədə birgə bəyanatı insan itkisinin dayandırılmasına kömək edəcək və bölgədə münaqişənin hərtərəfli həll yolu üçün ilk addım ola bilər.

“QİA.AZ” xəbər verir ki, bu barədə Avropa İttifaqınin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrellin bəyanatında deyilir.

“Hərbi əməliyyatların dayandırılmasını alqışlayıram. Çərşənbə axşamı Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında imzalanan atəşkəs daha çox insan itkisinin qarşısını alacaq və münaqişənin hərtərəfli həllinə ilk addım ola bilər”-deyə, bəyanatda qeyd olunub.

Oxşar Xəbərlər