Günün qoroskopu-27.04.2021

Qoç – Gün ümumən pis deyil. Amma emosional fon əlverişsiz olduğundan baş verənlərdən narazı qala bilərsiniz. Yaranmış situasiyanı obyektiv dəyərləndirin. Belədə görəcəksiniz ki, durumun müsbət tərəfləri mənfi yönlərdən daha çoxdur. Mürəkkəb, ağır işlərə, genişmiqyaslı layihəyə başlamayın. Bütün diqqəti və səyləri cari işlərin görülməsinə yönəldin.

Yaşlı qohumlarla mübahisə yarana bilər. Ailədə münaqişənin formalaşmasına imkan verməyin. Çətin vəziyyətdə güzəştə getməyi bacarın.

Günün sonunda səhhətinizdə kiçik problemlər yarana bilər.

Buğa – Gərgin, mürəkkəb gündür. Mühüm qərar qəbul etmək gərəkdir. Diqqətinizi cəmləyin, konkret addımlar atın. Kimsə və ya nə isə sizi işdən, fikirlərinizdən yayındırmamalıdır. Yardım üçün dostlara və ya qohumlara uz tutsanız, yalnız vədlər alacaqsınız.

Müstəqil, təkbaşına çalışın.

Pula görə mübahisə yarana bilər. Ailə büdcəsindən istifadə ilə bağlı fərqli fikirlər var.

Günün ikinci yarısı səhhətinizə fikir verin. Alış-veriş etmək olar, amma bədxərclik etməyin.

Əkizlər – Çətinliklər və problemlər az olmasa da, onları qət etməyin yollarını tapın. Gözlənilməz təklif və dəvətlərin alınması mümkündür. Son vaxtlar darıxdığınız insanla görüş istisna deyil.

Münaqişələrin nizamlanması, umu-küsüdən sonra barışmaq, münasibətlərin bərpası, səhv addım və ya anlaşılmaz qərara görə pozulan təmasların normal hala gətirilməsi üçün yaxşı gündür.

Günün ikinci yarısında yaxşı fiziki formada olmağa çalışın. İdman və ya aktiv istirahətdə xeyir var. Pəhriz saxlamaq, sağlam qidalanmaya keçmək olar. Zərərli vərdişlərdən birindən əl çəkin.

Xərçəng – Vurnuxma və tələskənlik olmadan çalışın, düşünülməmiş addımlar atmayın. Adi, rutin rejimdə işləməyə davam edin. Yaşamınızın bir sıra sahələrində yeniliklər başlana bilər. Sizi uzun müddətdən bəri narahat edən problemi həll edin.

Günün ikinci yarısında yeni tanışlıqlar, romantik münasibətlərin başlanması istisna deyil. Həmin təmaslar bir qədər sonra həyatınızda önəmli rol oynaya bilər.

Axşam saatlarında səhhətinizdə pisləşmə, ağrıların yaranmaması üçün özünüzü qoruyun. İfrat yorğun düşməyin.

Şir – Kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün əlverişli gün deyil. İri miqyaslı anlaşmalar və sövdələşmələri ertələyin. İşgüzar hissiyatınız və intuisiyanız bu gün sizi aldada bilər. Günün daha bir xoşagəlməz nüansı odur ki, sizə zərər vura biləcək insanlarla tez-tez münaqişəli vəziyyət yaradırsınız.

Sözlərinizdə və hərəkətlərinizdə təmkinli olsanız, gələcəkdə çətinliklərdən qurtula bilərsiniz.

Günün ikinci yarısında planlaşdırılmamış səfərlər, səyahətlər ola bilər. Əvvəlcədən hazırladığınız planların bəzilərindən imtina etməli olacaqsınız. Baş verənlər sizi pərişan etməsin. Ruhdan düşməyin.

Yaranmış situasiyadan yararlanmağın yollarını tapın.

Qız – Bu gün diqqət mərkəzində olacaqsınız. Yeni tanışlardan biri yaşamınızda əhəmiyyətli rol oynaya bilər. Bu gün başlayacaq münasibətlər uzun müddət davam edə bilər. Ailə işlərinə yetərincə vaxt ayırın. Yaxınlarınızdan birinin maliyyə dəstəyinə ehtiyacı var.

Günün ikinci yarısı alış-veriş üçün əlverişlidir. Məişət texnikası kimi praktiki baxımdan sərfəli və gərəkli əşyalarla yanaşı, sırf estetik məzmunlu predmetlər almaq olar.

Axşam saatlarını aktiv istirahətə həsr edin.

Tərəzi – Gərgin, qarışıq, mürəkkəb gündür. Bütün səylərinizə rəğmən, sakit davranmaq çətinləşir. Sizi təbdən çıxaracaq insan mütləq tapılacaq. İşgüzar məsələni həll etmək fikriniz varsa, etibarlı, sınanmış insanlarla çalışın.

Alış-verişdə bədxərclik etməyin.

Günün ikinci yarısında əks cinsin diqqətini cəlb etmək üçün xüsusi səylərə ehtiyac yoxdur.

Diqqətli, sərvaxt olun. Diqqətinizə layiq olmayan insanla ünsiyyətə can atmayın.

Əqrəb – Gün uğur vəd edir. Sadəcə, qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün qətiyyət, əzm və iradə gərəkdir. Maliyyə məsələlərində qarışıqlığa yol verməmək üçün xərcləri optimallaşdırın, daha aktiv çalışmaq üçün səy göstərin.

Nəzərdə tutulmamış əşya və ya məhsul almayın. Çox pul itirə bilərsiniz.

Günün ikinci yarısında dəvət aldığınız yerə yollanın. Yeni tanışlıqlar olacaq. Birgə çalışdığınız insanlarla ünsiyyətdə səmimi və səbirli olun.

Axşam saatlarında pul “gəliş”i istisna deyil.

Oxatan – Adi günlərdən fərqli olaraq indi yolunuzda yaranan maneələrin sayı artır. Onların dəf olunması sizi əməllicə yorur. Həddən ziyadə böyük hədəfə çatmağa çalışsanız, əldən düşə bilərsiniz. Məqsədləri dəqiq müəyyənləşdirin, niyyətlərinizin konkret olmasına çalışın. Emosional fon stabil deyil. Əhvalınız tez-tez dəyişəcək. Ətrafınızdakı adamlarla münaqişəli situasiyalar yaratmayın.

Maliyyə məsələləri arzuolunan səviyyədə deyil. Planlaşdırılmış alış-verişə pul çatmaya bilər. Axşam saatlarını sakit istirahətə həsr edin. Bu, sizə qüvvələrinizi bərpa etməyə imkan verəcək.

Oğlaq – Məhsuldar çalışa biləcəyiniz uğurlu gündür. Bir dəqiqənizi də fövtə verməyin. Gərəkli hesab etdiyiniz kimi, vacib saydığınız istiqamətdə çalışın. Kimsəyə imkan verməyin ki, sizi yoldan çıxarsın.

Səmimi və qayğıkeş olsanız, yeni tanışlarla yanaşı, indiyədək sizə layiq olduğunuz dəyəri verməyən insanlarla rəğbət hissləri yarada bilərsiniz.

Günün ikinci yarısı hüquqi məsəllərin həlli, sənədləşdirmə, dövlət qurumlarının nümayəndələri ilə ünsiyyət üçün əlverişli zamandır. Birgə layihələrin həyata keçirilməsinə başlamaq olar. Yeni müttəfiq sizi çətin anda tək qoymayacaq.

Dolça – Gün ərzində yaranan problemləri vaxtında həll etməyə çalışın. Hətta ən çətin situasiyada belə geri çəkilməyin, ruhdan düşməyin. Yaxın ətrafınızdakı insanlar barəsində düşünülməmiş qərarlar verməyin.

Bilik və bacarıqların artırılması, dünyagörüşünün daha səbatlı edilməsi üçün əlverişli zamandır. Nə isə öyrənə biləcəyiniz insanlarla aktiv ünsiyyətdə olun.

Günün ikinci yarısı səfər və səyahətlər, ezamiyyət üçün əlverişlidir. Təkbaşına, müstəqil işləməkdən çəkinməyin.

Peşə fəaliyyətinizlə bağlı məsələləri qeyri-formal, rahat şəraitdə müzakirə etmək olar.

Balıqlar – Səbrli və təmkinli olun. Problemlərin öz-özünə həll olunacağını gözləməyin. Bədxahlar, rəqiblər, çətin situasiya ilə mübarizəyə başlayın. Xəyallar və illüziyalara qapılmayın. Gün hadisələrlə zəngindir. İşlər çox olacağından yorulacaqsınız. Planlarda dəyişikliklər ola bilər. Nəticələr sizi təəssüfləndirəcək.

Günün ikinci yarısında münaqişəli situasiya yaranacaq. Davranış modelini yanlış seçməyin. Hissiyat və emosionallığı sizə yaxşı bəlli olan insanlara sərt iradlar bildirməyin.

Oxşar Xəbərlər