Nazir müavini: “Xarı bülbül Şuşamızın tacı və florasının birinci simvoludur”

“Xarı bülbül çoxillik ot bitkisidir”.

“QİA.az”ın xəbərinə görə, bunu Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov nazirliyin işğaldan azad olunan Füzuli və Xocavənd rayonlarına təşkil etdiyi mediatur zamanı jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, Azərbaycanda Ophris-quşsəhləbi consi bitkisinin bütün növləri xalq arasında bu adla adlanır və üç növü var.

“Bunlar Qafqaz quş səhləbi, Arı quş səhləbi və Mozalan quş səhləbi bitkiləridir. Bunların üçünü də ümumiləşdirib Xarı bülbül adlandırmaq olar. Əfsanədə olduğu kimi, bülbül və sinəsinə qonmuş arı. Əsl Xarı bülbül Şuşada rast gəlinəndir və həqiqətən də, Şuşamızın tacı və florasının birinci simvoludur”, – nazir müavini söyləyib.

Oxşar Xəbərlər