Çempionlar Liqası: Həftənin futbolçusu adına namizədlər bəlli olub

Apr29,2021

UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.

“QİA.az”ın məlumatına görə, bu ada İspaniyanın “Real Madrid” klubundan Kərim Benzema, İngiltərənin “Çels”i komandasından N Qolo Kante, “Mançester Siti”dən Kevin De Bröyne və Fransa PSJ-sindən Anxel Di Mariya iddia edir.

Benzema evdə “Çelsi” ilə 1:1 hesablı heç-heçə etdikləri matçda fərqlənib. Kantenin həmin oyunda ötürmələrinin 86 faizi dəqiq alınıb.

De Bröyne səfərdə PSJ-yə 2:1 hesabı ilə qalib gəldikləri görüşdə qol vurub. Di Mariya isə bu qarşılaşmada məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasındakı səsvermə nəticəsində bəlli olacaq. Cavab qarşılaşmaları 4-5 mayda oynanılacaq.

Oxşar Xəbərlər