Avropa İttifaqı çevik hərbi qüvvələr yaradacaq

Avropa Komissiyası dünyadakı böhranlı vəziyyətlərə qısa zamanda cavab vermək üçün Avropa İttifaqının (Aİ) çevik qüvvələrinin yaradılmasına dair təkliflər hazırlayacaq.

QİA.AZ xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti ali nümayəndəsi Josep Borrell İttifaqın Müdafiə Nazirləri Şurasının iclasından sonra bildirib.

“Biz daha hazırlıqlı olmalıyıq. Böhran vəziyyətində ilkin addımlar ata biləcək çevik hərbi birləşmə yaratmaq fikrinə qayıtdıq. Üzv dövlətlər üçün müvafiq təklif hazırlayacağıq”, – deyə diplomat qeyd edib.

Oxşar Xəbərlər