“Kontakt Home” qazini məhkəməyə verib?-Rəsmi açıqlama

May18,2021 #Kontakt Home
“Kontakt Home” 470 manat kredit borcuna görə 44 günlük döyüşdə ağır yaralanmış Cavid Aşirovu məhkəməyə verib!”.
“QİA.az”
bildirir ki, bu sözləri Qarabağ qazisi, hərbi jurnalist Rey Kərimoğlu özünün Facebook səhifəsində yazıb. O qeyd edib: “İnanıram ki, “Kontakt Home”nin rəhbərliyi bilsə, 470 manata görə qazini incitməyə razı olmaz! Hələ heç əlillik dərəcəsi verilməyib qazimizə!”.

R.Kərimoğlu sözügedən şirkətin haqsızlıq etdiyini düşünür.

Məsələ ilə bağlı “QİA.AZ”-a “Kontakt Home”un əməkdaşı Vəfa Rüstəmova sözügedən iddiaya münasibət bildirib.

“İlk olaraq qazimizə Allahdan şəfa diləyirik və qeyd etmək istərdik ki, Kontakt Home olaraq hərbi əməliyyatlar dövründə cəbhədə iştirak edən müştərilərimizin borcları ilə bağlı müvafiq sənədlər əsasında dondurulmalar və əməliyyatlar bitdikdən sonra bu sənədlər əsasında müvafiq güzəştləri tətbiq etmişik və etməkdə davam edirik. Cavid bəyin də ödənişlərini dondurmuşduq, lakin təəssüf ki, bizə sənəd təqdim etmədiyi üçün güzəşt müddətini uzada bilməmişik. Sizin paylaşdığınız sənəd əsasında müştərimizin məlumatlarını yoxladıq. Paylaşımda təqdim edilən arayış əsasında 4 ay uzadılma etdik və müharibə dövründə hesablanmış gecikmə məbləği və gecikmə günlərini ləğv etdik. Müştərinin işi hazırda məhkəmədə deyil, sadəcə olaraq çoxsaylı gecikmələr səbəbilə əməkdaşlıq etdiyimiz hüquq-kollektor agentliyindədir. İnşallah ki Cavid bəy tezliklə sağlığına qovuşar, lakin əgər ona əlillik dərəcəsi təyin edilsə, bu haqda bizə sənəd təqdim etdiyi halda, 1-ci və ya 2-ci dərəcəli əlillik səbəbilə adındakı bütün borcu siləcəyik.

Əlavə olaraq qeyd edək ki, ötən il pandemiya dövründə Müştəri Qayğı Proqramı çərçivəsində Cavid bəyə ödənişlərində 5 ay uzadılma tətbiq etmişik. Hərbi əməliyyatlarla bağlı güzəştlə birlikdə ümumilikdə, 9 ay uzadılma olunub. Biz hər zaman Kontakt Home ailəsi olaraq müştərilərimizə dayağıq və onların yanında olmağa çalışırıq. Qeyd etdiyimiz kimi, 1-ci və ya 2-ci dərəcəli əlilliklə bağlı sənəd təqdim etdiyi halda qalıq borcunu da tamamilə silə bilərik”

Oxşar Xəbərlər