Azərbaycanlı yeniyetmə Əlcəzairdəki atıcılıq yarışının qalibi olub

Əlcəzairin Tipaza şəhərində keçirilən atıçılıq üzrə çempionatda 12 yaşlı həmyerlimiz Kənan Nəbiyev birinci yeri tutub.

Bu barədə “QİA.az”a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Kənan Nəbiyev çempionatın birinci mərhələsində 285 xal toplayaraq 9-12 yaşlı uşaqlar arasında qalib gəlib. Bu, Kənanın ilk uğuru deyil. O, bir müddət əvvəl 10 metrlik məsafədən atış üzrə Tipaza şəhərində keçirilən yarışın ilk mərhələsində də həmyaşıdları arasında birinci yerə layiq görülüb.
Qeyd edək ki, Kənan Nəbiyev 2008-ci ilin avqustun 9-da Əlcəzair Xalq Demokratik Respublikasının Riqaya şəhərində anadan olub. Fransız və ərəb dilində təhsil alır, idmanın atıcılıq, boks və dayvinq növləri ilə fəal məşğul olur. Onun qısa müddət ərzində atıcılıq idman növündə müfəffəqiyyətlər qazanmasında peşəkar idmançı olan atası Nəbi Nəbiyevin böyük əməyi var. N.Nəbiyev 90-cı illərdə atıcılıq idman növündə bir sıra uğurlara nail olub və dünyanın müxtəlif ölkələrində keçirilən yarışlarda ölkəmizi təmsil edib.

Hazırda Əlcəzairdə bu sahədə idmançılar və mütəxəs-sislər yetişdirir.

Oxşar Xəbərlər