Çempionlar Turu: Teymur Rəcəbov Aniş Giriyə qarşı

May26,2021 #Teymur Rəcəbov

Şahmat üzrə dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun VI mərhələsi olan “The FTX Crypto Cup”da bu gün 1/4 final mərhələsinə start veriləcək.

“QİA.az”ın məlumatına görə, Azərbaycan şahmatçısı Teymur Rəcəbov da ilk görüşlərini keçirəcək. 34 yaşlı qrossmeyster niderlandlı Aniş Giri ilə qarşılaşacaq. Rəcəbov duelə qara fiqurlarla başlayacaq.

Oyunlar 26 – 27 mayda keçiriləcək. Qarşılaşmaların ardından qalib müəyyənləşməsə, tay-brek oynanılacaq.

1/4 finalda qarşılaşacaqlar

Fabiano Karuana (ABŞ) – Yan Nepomnyaşi (Rusiya)
Aniş Giri (Niderland) – Teymur Rəcəbov (Azərbaycan)
Hikaru Nakamura (ABŞ) – Maqnus Karlsen (Çin)
Maksim Vaşye-Laqrav (Fransa) – Uesli So (ABŞ)

Qeyd edək ki, Teymur Rəcəbov təsnifat mərhələsində 8,5 xal yığaraq, Karlsenlə 6-7-ci yerləri bölüşüb. Bu nəticə onun 1/4 finala vəsiqə qazanmasına imkan verib. Azərbaycanın digər şahmatçısı Şəhriyar Məmmədyarov isə 7,5 xalla 10-cu yeri tutub və mübarizəni dayandırıb.

28 – 29 mayda yarımfinal, 30 – 31 mayda final qarşılaşmaları gerçəkləşəcək. Turnirin mükafat fondu 220 min ABŞ dolları və 100 min dollar məbləğində bitkoin bonusdur.

Oxşar Xəbərlər