PKK terrorçuları İraqda kürd silahlılarını öldürüb

İyn6,2021

İraqın şimalında PKK terrorçularının hücumu nəticəsində “peşmərgə” adlanan kürd silahlılarının 5 döyüşçüsü həlak olub, daha 4 döyüşçü yaralanıb.

Bu barədə “QİA.az” “Anadolu”ya istinadən xəbər verir.

İraqın Kürd regional administrasiyası rəhbərinin müavini Serbest Lezgin jurnalistlərə bildirib ki, terrorçular Dohuk şəhərinin Amedi rayonu ərazisində “peşmərgə” döyüşçülərini pusquya salıblar.

Yaralılar xəstəxanalara çatdırılıb.

Oxşar Xəbərlər