ABŞ-da daha bir atışma olub.
“QİA.az” xəbər verir ki, bu barədə “Fox News” telekanalı bildirib.
Məlumata görə, hadisə Kivlenddə (Ohayo ştatı-red) olub. Belə ki, naməlum şəxs insanlara atəş açıb. Nəticədə 3 nəfər həlak olub, daha 4 nəfər xəsarət alıb.
Qeyd edilir ki, atışma zamanı xəsarət almış 1 nəfər hadisə yerində ölüb. Digər 6 yaralı isə xəstəxanaya çatdırılıb. Lakin həkimlər onlardan ikisinin həyatını xilas edə bilməyiblər.
Hadisənin digər təfərrüatları açıqlanmır.