İsrail Müdafiə Nazirliyi pilotsuz uçuş aparatlarını (PUA) “ələ keçirən” yeni güclü lazer sisteminin sınaqlarının ilk seriyasını uğurla başa çatdırıb.
QİA.AZ TASS-a istinadən xəbər verir ki, bu barədə bu gün nazirliyin mətbuat xidməti məlumat yayıb.
“Müdafiə Nazirliyinin Araşdırma və Hazırlama İdarəsi “Elbit Systems” konserni və İsrail Hərbi Hava Qüvvələri ilə birlikdə yüksək güclü lazer silahı sistemindən (HPL-WS) istifadə edərək bir neçə PUA-nı uğurla məhv edib. PUA-lar müxtəlif məsafələrdə və yüksəkliklərdə zərərsizləşdirilib”, – mətbuat xidmətindən bildiriblər.