MMA idmançısı Moskvada döyüldü

Noy14,2020
MMA idmançısı Moskvada döyüldü

Rusiyalı MMA döyüşçüsü Sergey Xaritonov Moskvada döyülüb.

“QIA.AZ” REN TV-yə istinadən xəbər verir ki, 40 yaşlı idmançı xəstəxanaya yerləşdirilib.

Xaritonov sağ gözündən xəsarət alıb və onun burnu qırılıb. Döyüşçü noyabrın 15-də əməliyyat olunacaq. İdmançıya beyin silkələnməsi diaqnozu da qoyulub.

Polis əməkdaşları hazırda şübhəlini axtarır. Hadisənin digər təfərrüatları dəqiqləşdirilir.

Oxşar Xəbərlər