Azərbaycan nefti bahalaşır

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyulun 22-də 73,95 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,92 dollar/barel çoxdur.

Bu barədə QİA.AZ-a ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 73,3 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,93 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 70,27 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,93 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti 74,2 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 1 dollar/barel çoxdur.

Oxşar Xəbərlər