Əfqanıstanın iri şəhərində döyüşlər gedir

Avq12,2021

Əfqanıstanda “Taliban” hərəkatının silahlıları ölkənin qərbindəki Herat şəhərinə hücuma keçib.

QİA.AZ-ın məlumatına görə, döyüşlər Herat əyalətinin qubernatorunun iqamətgahı yaxınlığında davam edir.

Qeyd edək ki, bu gün ölkənin qərbindəki Fərəh əyalətinin “Taliban”ın nəzarətinə keçdiyi bildirilib.

“Taliban” bu günədək Əfqanıstanın 34 əyalətinin 11-ə nəzarəti ələ keçirdiyini açıqlayıb.

Oxşar Xəbərlər