ÜST rəhbəri: “Bəşəriyyət tarixinin ən həssas anını yaşayırıq”

“Koronavirus pandemiyası ilə yanaşı, təbii fəlakətlər, münaqişələr və iqlim dəyişikliyi də daxil olmaqla, digər fövqəladə hallarla üzləşdiyimizdən bəşəriyyət tarixinin ən həssas anını yaşayırıq”.

QİA.AZ TASS-a istinadən xəbər verir ki, bu fikri Cenevrədə keçirdiyi brifinqdə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus söyləyib.

O, ölkələri özünü təcrid etmək istəyinə qapılmadan problemlərlə birlikdə mübarizə aparmağa çağırıb.

“Düzü, bu qədər çox fövqəladə halın eyni vaxtda baş verdiyini heç vaxt görməmişəm. Bütün bunlar humanitar sistemi onun mütləq həddinə doğru və hətta daha da irəli sürükləyir”, – o, bildirib.

Oxşar Xəbərlər