“Aberdin” – “Qarabağ” cavab oyununa 10 mindən çox bilet satılıb

Avq21,2021

Konfrans Liqasının pley-off mərhələsində Şotlandiyada keçiriləcək “Aberdin” – “Qarabağ” cavab oyununa böyük maraq var.

QİA.AZ xəbər verir ki, “Pittodri” stadionunda oynanılacaq matç üçün 10 mindən çox bilet satılıb. Satışa isə ümumilikdə 18 min bilet çıxarılıb.

Avqustun 26-da keçiriləcək “Aberdin” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Bu komandalar arasında Bakıdakı ilk görüşdə Ağdam klubu 1:0 hesabı ilə qalib gəlib.

Oxşar Xəbərlər