UEFA Lüksemburq Futbol Federasiyasını Millətlər Liqasının Azərbaycanla oyunu öncəsi cəzalandırıb.
“QİA.AZ” qurumun rəsmi saytına istinadən xəbər verir ki, turnirin qrup mərhələsinin Kiprlə matçında (2:0) koronavirusla bağlı təhlükəsizlik qaydalarına tam əməl olunmadığı üçün federasiya 5 000 avro məbləğində cərimələnib.
10 oktyabr qarşılaşması üçün “Jozi Bartel” stadionuna buraxılmış məhdud sayda azarkeşlər arasında sosial məsafə lazımı qədər olmayıb və maska ilə bağlı tələblər tam yerinə yetirilməyib.
Azərbaycanla görüşdə təhlükəsizlik məsələlərinə daha ciddi nəzarət ediləcəyi gözlənilir.
Qeyd edək ki, bu gün “Jozi Bartel” stadionunda oynanılacaq matç Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.