Nazirlər Kabineti Azərbaycan Respublikasının Kosmik Məsələlər üzrə Şurasının tərkibinə dəyişiklik edib.
QİA.AZ xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Qərara əsasən, bundan sonra Şurada Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri də təmsil olunacaq.