Makron və Bayden yaxın günlərdə sualtı qayıqlar məsələsini müzakirə edəcəklər

Avstraliyanın Fransa sualtı qayıqlarını almaqdan imtina etməsinin səbəb olduğu problemlər yaxın günlərdə Fransa Prezidenti Emmanuel Makron və amerikalı həmkarı Cozef Bayden arasında müzakirə ediləcək.

Bunu “BFM” telekanalının efirində Fransa hökumətinin rəsmi nümayəndəsi Qarbiel Attal deyib.

Q.Attal bildirib: “Prezident C.Bayden vəziyyəti müzakirə etmək üçün prezident E.Makrona müraciət edib. Müzakirə yaxın günlərdə baş tutacaq”.

Onun sölərinə görə, iki ölkə liderinin arasında danışıqlar sözügedən məsələdə irəliləyiş əldə etmək məqsədi daşıyır: “Bu böhranın mərkəzində iqtisadi deyil, strateji maraqlar dayanır. Yəni, bu, Hind-Sakit okean bölgəsində yerləşən güc, güclərin tarazlığının pozulması ilə bağlı bir məsələdir. Söhbət gələcəyimizin bir hissəsindən və Çinlə münasibətlərimizdən gedir.

Unudulmamalıdır ki, Fransa Hind-Sakit okean bölgəsinin bir ölkəsidir, çünki orada ərazisi var – Yeni Kaledoniya, orada fransızlar yaşayır, orada fransız hərbçiləri yerləşir”.

Oxşar Xəbərlər