“Oyun gözlədiyimiz kimi keçdi. İlk hissədə komandamız çox yüksək səviyyəli oyun nümayiş etdirdi. Təəssüf ki, penaltidən istifadə edə bilmədik”.
“QİA.AZ” xəbər verir ki, bu fikirləri Lüksemburq millisinin baş məşqçisi Lük Holts Millətlər Liqasının VI turunda evdə Azərbaycan yığması ilə qolsuz heç-heçə etdikləri oyundan sonra mətbuat konfransında deyib.
51 yaşlı mütəxəssis bildirib ki, fasilədən sonra Azərbaycan millisi daha yaxşı oynayıb: “Pressinq tətbiq edərək bir neçə dəfə əks-hücumlar təşkil etdilər. Ümumilikdə maraqlı oyun keçdi. Oyunda yeganə çatışmazlıq qol idi”.