İran daşıyıcı şirkətlərinin Qarabağa qanunsuz daxil olmasına qadağa qoyub

“Rəsmi dövlət sərhədi xaricindən Azərbaycan Respublikasının ərazisinə istənilən giriş Azərbaycanın ərazi bütövlüyünün pozulması kimi qəbul edilir”.

QİA.AZ” “Mehr”ə istinadən xəbər verir ki, bu barədə İranın Beynəlxalq Daşımalar və Tranzit Yolları İdarəsinin baş direktoru Məhəmməd Cavad Hedayətinin İran Xarici İşlər Nazirliyinin 9 oktyabr tarixli təlimatına istinadən beynəlxalq nəqliyyat şirkətlərinin həmkarlar ittifaqlarına göndərdiyi məktubda deyilir.

İdarə bu məktubla Ermənistan ərazisindən Qarabağa və Azərbaycanın Laçın rayonu ərazisinə daxil olmağı, həmçinin Qarabağ regionu ilə hər hansı ticarət müqavilələri imzalamağı və nəqliyyat şirkətlərinə bu region üçün məhsullara müşayiət sənədləri verməyi qadağan edib.

Oxşar Xəbərlər