Dünyada yarım milyarddan artıq insan səhiyyə xidmətlərinə universal çıxış yolunda bəşəriyyətin tərəqqisini gecikdirən pandemiya səbəbindən yoxsulluqla üzləşə bilər.
“QİA.AZ“ın məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Dünya Bankından (DB) bildiriblər.
Hər iki hesabata əsasən, pandemiya səhiyyə xidmətlərinin göstərilməsini pozub və səhiyyə sistemlərini həddindən artıq gərginləşdirib. Bu səbəbdən son 10 ildə ilk dəfə olaraq əhalinin immunizasiya ilə əhatəliliyi azalıb, vərəm və malyariyadan ölüm halları artıb.
Qeyd edilir ki, COVID-19 pandemiyası səhiyyə xidmətlərinin ümumi əhatəsinə doğru 20 il davam edən qlobal tərəqqinin dayandıracaq. Bundan əlavə, pandemiya 1930-cu illərdən bəri ən pis iqtisadi böhrana səbəb olub və insanların müalicə üçün pul ödəməsini çətinləşdirib.
“Bu vəziyyət yarım milyarddan çox insanı ifrat yoxsulluğa sövq edir, çünki onlar bu xidmətlərin haqqını öz ciblərindən ödəməli olurlar”, – deyə hesabatlarda qeyd edilir.