Türkiyə Cənubi Qafqazda sülh, sabitlik və iqtisadi inkişafın tərəfdarıdır – Çavuşoğlu

Türkiyə Cənubi Qafqazda sülh, sabitlik və iqtisadi inkişafın tərəfdarıdır.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Birləşmiş Ərəb Əmirliklərindən səfərdən qayıdarkən jurnalistlərə açıqlamasında deyib.

Nazir xatırladıb ki, Türkiyə və Azərbaycan 44 günlük Qarabağ müharibəsindən sonra Ermənistanın ünvanına müsbət ismarıclarla çıxış ediblər.

“Bakının Yerevanla hərtərəfli sülh sazişinin imzalanmasına dair çağırışları xüsusi əhəmiyyət daşıyır. Bu siqnallar həm də Türkiyə və Azərbaycanın məsələyə yanaşmalarını nümayiş etdirir”, – deyə o bildirib.

M.Çavuşoğlu ümidvar olduğunu bildirib ki, Ermənistan tərəfi də regionda uzunmüddətli sülhün və sabitliyin təmin olunması üçün səylər göstərəcək.

“Bizim niyyətlərimiz tam aydındır. Azərbaycanın tək məqsədi var idi, Ermənistan tərəfindən işğal olunmuş tarixi torpaqlarını qaytarmaq. Yekunda məhz Bakı sülh razılaşmasına çağırır, bu isə o deməkdir ki, Azərbaycan kifayət qədər konstruktivdir”, – M.Çavuşoğlu deyib.

Oxşar Xəbərlər