Fransanın “Nant” klubunun prezidenti Valdemar Kita Liqa 1-in IX turunun PSJ ilə oyununda etdiyi hərəkətə görə sərt cəzalandırılıb.
“QİA.AZ” xəbər verir ki, Peşəkar Futbol Liqasının İntizam Komissiyası polşalı funksioneri 2-si şərti olmaqla 4 ay müddətinə diskvalifikasiya edib.
67 yaşlı klub rəhbəri Paris təmsilçisi ilə matçın hakimliyindən narazılıq etdiyi üçün cəza alıb. O, rəqib komandanın kapitanı Markinyosu, həmçinin Kilian Mbappe və idman direktoru Leonardonu matçın fasiləsində hakimlər otağına buraxan referini sərt tənqid edib.
Qeyd edək ki, görüş PSJ-nin 3:0 hesablı qələbəsi ilə başa çatıb.