Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ermənistanlı həmkarı Ararat Mirzoyan telefon danışığı zamanı Azərbaycanla demarkasiya-delimitasiya mexanizmlərinin hazırlanmasının əhəmiyyətini qeyd ediblər.
QİA.AZ “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, tərəflər həmçinin Azərbaycan-Ermənistan sərhədində təhlükəsizlik və sabitlik səviyyəsinin yüksəldilməsinə yönəlmiş tədbirlərin vacibliyini də vurğulayıblar.