Nensi Pelosi yenidən Nümayəndələr Palatasının sədri seçilib

Noy19,2020
Nensi Pelosi yenidən Nümayəndələr Palatasının sədri seçilib

Demokratlar Partiyasından olan konqresmen Nensi Pelosi yenidən ABŞ Konqresinin Nümayəndələr Palatasının (Aşağı Palata) sədri seçilib.

“QİA.AZ” “dw”yə istinadən xəbər verir ki, o, 2022-ci ilədək qanunverici orqana rəhbərlik edəcək.

Kalifornaiya ştatından konqresmen seçilmiş N.Pelosi vəzifədə olduğu müddətdə hüquq-mühafizə orqanlarında islahatlara dair qanunların qəbul edilməsinə üstünlük verəcəyini deyib.

Qeyd edək ki, ABŞ-da bu post əhəmiyyətinə görə prezident və vitse-prezidentdən sonra üçüncü yerdədir.

Xatırladaq ki, Nensi Pelosi 1940-cı il martın 26-da Merilənd ştatının Baltimor şəhərində anadan olub. O, birinci dəfə 2007-ci il yanvarın 4-dən 2011-ci yanvarın 3-dək Konqresin Aşağı Palatasının sədri olub.

Oxşar Xəbərlər