Avropada qaz anbarları yarıyadək boşalıb.
QİA.AZ-ın məlumatına görə, bunu “Gas Infrastructure Europe”un (GIE) məlumatları sübut edir.Qaz anbarlarının doluluq səviyyəsi 49,33 % təşkil edib. Bir il əvvəl eyni gündə göstərici 65 %, 2020-ci ildə isə 83 % olub.Avropada bir neçə il ərzində anbarlardan rekord həcmdə – 65,6 milyard kubmetr qaz istifadə olunub.