Aprelin 16-da elm və təhsil naziri Emin Əmrullayev BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycandakı nümayəndəsi Saca Faruq Abdulla ilə görüşüb.
Bu barədə QİA.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Görüş zamanı Elm və Təhsil Nazirliyi ilə UNICEF tərəfindən həyata keçirilən layihələr, həmçinin əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.