Moskva Dövlət Universitetinin Bakı filialı abituriyentləri “Açıq qapı” gününə dəvət edir

Apr17,2024

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialı abituriyentləri “Açıq qapı” gününə dəvət edir.

Bu barədə QİA.az-a MDU-nun Bakı filialından məlumat verilib.

“Açıq qapı” günü abituriyentlər:

– 2024/2025-ci tədris ili üçün MDU-nun filialına qəbulun şərtləri və qaydaları ilə tanış olacaq;

– filialın Filologiya, Tətbiqi-riyaziyyat, Kimya, Psixologiya, İqtisadiyyat və Fizika fakültələrində bakalavr və magistr səviyyələrində tədrislə bağlı hərtərəfli məlumat alacaq;

– qəbul imtahanlarına hazırlaşmaq üçün lazım olan materialları əldə edə biləcəklər.

Abituriyentlər üçün həm də filialın fakültələrini təmsil edən moskvalı professor-müəllim heyəti ilə görüş təşkil ediləcək.

“Açıq qapı” günü aprelin 27-də saat 14:00-da təşkil olunacaq.

Ünvan: Bakı şəhəri, H.Cavid prospekti, 133 (metronun “Elmlər Akademiyası” stansiyasının yaxınlığı).

Tədbir bitdikdən sonra (15:30) universitetinin kampusuna ekskursiya təşkil ediləcək.

Əlaqə telefonu: (012) 598 93 32

Oxşar Xəbərlər