İran bəzi şəhərlər üzərində uçuşları dayandırıb.
QİA.az “Report”a istinadla xəbər verir ki, bu barədə “Reuters” İranın dövlət mediasına istinadən xəbər yayıb.
“İsfahan, Şiraz və Tehran şəhərləri üzərində uçuşlar dayandırılıb”, – İran agentliyi bildirib.
Bundan əvvəl İsfahan əyalətində partlayış barədə məlumat verilib.