MDU-nun əməkdaşı Finlandiyada təlimlərdə iştirak edir

Mingəçevir Dövlət Universitetinin (MDU) tərəfdaşı olduğu “Azərbaycanda institusional repozitoriyalar şəbəkəsi vasitəsilə tədqiqat potensialının inkişaf etdirilməsi (DIRNA)” adlı Erasmus+ layihəsi çərçivəsində Finlandiyanın Jyvaskala Universitetində növbəti təlimlər keçirilir. Azərbaycanın müxtəlif ali təhsil müəssisələrindən nümayəndələrin iştirak etdiyi təlim proqramında MDU-nu İnformasiya texnologiyaları kafedrasının müəllimi Elçin Tağıyev təmsil edir.

Bu barədə QİA.az xəbər verir ki, təlimlərin əsas məqsədi Azərbaycan ali təhsil sistemində keyfiyyətli tədqiqat işlərinə əlçatanlığın təmin edilməsi istiqamətində Finlandiya təcrübəsindən faydalanmaq, təhsil-tədqiqat mühitinin formalaşmasına təsir edən amillərlə tanışlıq, müasir elektron universitet, kitabxana sisteminin qurulması haqqında məlumat əldə etməkdir.

Layihə çərçivəsində təlimlərdə iştirak edən universitet nümayəndələri Jyvaskala Universitetinin maddi-texniki bazası, kitabxanası və tədris binaları ilə tanış olublar.

Qeyd edək ki, Xəzər Universitetinin koordinatorluq etdiyi “DIRNA” layihəsi institusional repozitoriyalar (elektron arxiv) şəbəkəsinə açıq girişin təmin edilməsi yolu ilə tədqiqat nəticələrinin idarə edilməsi üzrə potensial yaratmaq məqsədi daşıyır.

Oxşar Xəbərlər