Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinin mayın 7-də keçiriləcək inauqurasiyasında iştirak etməyəcək.
QİA.az xəbər verir ki, bu barədə “News.am” məlumat yayıb.Bildirilib ki, hazırda bununla bağlı qərar qəbul edilməyib.Məlumata görə, o, mayın 8-də Avrasiya İqtisadi İtifaqının 10 illiyinə həsr olunan yubiley sammitinə qatılacaq.
Qeyd olunub ki, Nikol Paşinyan mayın 9-da Qələbə günü ilə bağlı Rusiyada təşkil olunacaq tədbirlərdə də iştirak etməyəcək.Hökumətin mətbuat xidmətindən vurğulanıb ki, baş nazirin səfərləri ilə bağlı vaxtı çatanda məlumat yayacaqlar.