Keniyanın mərkəzində bəndin partlaması nəticəsində 40-dan çox adam həyatını itirib.
Bu barədə Nakuru dairəsinin qubernatoru Syuzan Kihika məlumat verib.
O qeyd edib ki, həyatını itirən 42 nəfərdən əlavə itkin düşənlər var, onların axtarışı davam etdirilir.
Səlahiyyətli şəxslər qeyd edib ki, bəndin sıradan çıxmasına artıq iki aydır davam edən aramsız yağışlar səbəb olub.
Mənbə: Agence France-Presse