UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk görüşlərinə yekun vurulacaq.
QİA.az xəbər verir ki, bu gün Almaniyanın “Borussiya” (Dortmund) komandası doğma meydanda Fransa təmsilçisi PSJ-ni sınağa çəkəcək.
Hər iki kollektiv 1/4 finalda İspaniya təmsilçilərini mübarizədən kənarlaşdırıb. Dortmund klubu “Atletiko”dan (Madrid), fransızlar isə “Barselona”dan güclü olub.
“Siqnal İduna Park”da keçiriləcək “Borussiya” – PSJ matçı saat 23:00 başlayacaq.
UEFA Çempionlar Liqası
Yarımfinal, ilk oyun
1 may
23:00. “Borussiya” (Dortmund, Almaniya) – PSJ (Fransa)
Baş hakim: Entoni Teylor (İngiltərə).
Dortmund, “Siqnal İduna Park” stadionu.
Qeyd edək ki, yarımfinal mərhələsinin ilk matçında “Real” (Madrid) səfərdə “Bavariya” ilə heç-heçə edib – 2:2.