Tomas Tuxel “Real Madrid”lə görüşdən sonra yaponiyalı futbolçunu tənqid edib.
Məlumata görə, “Real Madrid”lə görüşün sonlarına doğru penaltiyə səbəb olan yaponiyalı müdafiəçi Kim Min-Cae baş məşqçinin qəzəbinə tuş gəlib.
Tomas Tuxel futbolçu ilə bağlı açıqlamasında: “Hesabda irəli olduğumuz zaman müdafiə xarakterli oyuna üstünlük verməliyik. Bunu qəbul edirəm. Amma Kim Min-Caenin kobud səhvi və sərt davranışı qələbəni əldən verməyimizə səbəb oldu. Bütün məsuliyyət ona aiddir”, – deyib.
Qeyd edək ki, “Real Madrid”lə “Bavariya” arasında cavab görüşü may ayının 8-də “Santiaqo Bernabeu”da keçiriləcək.
Mənbə: Ntvspor.net

