Böyük Britaniyada müxalif Leyboristlər Partiyasının nümayəndəsi olan Sadiq Xan seçkilərdə qalib gələrək üçüncü dəfə London meri seçilib.
Leyborist siyasətçi səslərin 43,9 faizini toplayaraq mühafizəkar rəqibi Syuzan Holla qalib gəlib.
Məlumat üçün əlavə edək ki, əslən pakistanlı olan 53 yaşlı Sadiq Xan ixtisasca hüquqşünasdır. Onun həyat yoldaşı Sədiyə Əhməd də hüquq müdafiəçisidir.