Qazaxıstan – Qırğızıstan sərhədində 5,7 maqnitudalı zəlzələ olub.
QİA.az məlumat verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin Seysmoloji Müşahidələr və Tədqiqatlar üzrə Milli Elmi Mərkəzi bildirib.
Məlumata görə, yeraltı təkanlar yerli vaxtla 09:12-də (Bakı vaxtı ilə 08:12-də) qeydə alınıb. Zəlzələnin episentri Almatı şəhərindən 194 km cənub-şərqdə yerləşib. Təbiət hadisəsinin ocağı 10 km dərinlikdə olub.
Tələfat və dağıntı barədə məlumat verilməyib.