Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” müsabiqəsinin yarımfinal mərhələsi keçirilib.
QİA.az xəbər verir ki, bu barədə AZƏRTAC-a ADPU-dan məlumat verilib.
Bildirilib ki, ADPU və onun filiallarının bakalavriat və magistratura səviyyəsində təhsil alan tələbələri üçün təşkil olunan müsabiqənin keçirilməsində əsas məqsəd universitetin istedadlı tələbələrini aşkar edərək onların peşəkar inkişafına dəstək olmaq və gələcək kadr bankı formalaşdırmaqdır.Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” müsabiqəsinin yarımfinal mərhələsi keçirilib.
Yarımfinala vəsiqə qazanmış 130 iştirakçı komandalar halında intellektual kvizdə iştirak edib, müxtəlif situasiya məsələlərini həll edib, eləcə də layihə hazırlanması və təqdim olunması üzrə tapşırıqları yerinə yetiriblər. Yekunda komandalar hazırladıqları layihələri münsiflər heyəti qarşısında təqdim ediblər.Proses boyu iştirakçılar ekspertlər tərəfindən komanda və fərdi halda müxtəlif bacarıqlar üzrə qiymətləndiriliblər. Yaxın günlər ərzində yarımfinalın nəticələrinin elan olunması gözlənilir.
Təxminən 60 nəfər müsabiqənin finalına vəsiqə qazanacaq.Final mərhələsinin may ayının ikinci ongünlüyündə keçirilməsi planlaşdırılır.
“Sən də bacararsan!” şüarı ilə keçirilən müsabiqənin 10 qalibinin hər birinə 1000 AZN məbləğində pul mükafatı və digər hədiyyələr, xarici dil və IT üzrə ödənişsiz kurslar, Təşkilat Komitəsi tərəfindən təyin olunacaq mentorlarla 1 illik peşəkar inkişaf proqramı (proqramın sonunda müvafiq referans məktubu veriləcək) və kadr bankına əlavə olunma imkanı təqdim edilir.
Eyni zamanda, müsabiqənin finalçıları kadr bankına əlavə olunmaqla onlara da müvafiq sertifikatlar və hədiyyələr veriləcək.