Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımovun rəhbərliyi, Azərbaycan Banklar Assosiasiyasının və ABŞ-Azərbaycan Ticarət Palatasının təşkilatçılığı ilə ölkəmizin ilk bank missiyasının ABŞ-yə işgüzar səfəri başa çatır.Missiyada ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov da iştirak edib.
QİA.az xəbər verir ki, səfər zamanı ABŞ Dövlət Departamentində, ABŞ Beynəlxalq İnkişaf Maliyyə Korporasiyasında, eləcə də ABŞ-nin aidiyyəti dövlət təşkilatlarında, maliyyə qurumlarında görüşlər keçirilib. Bank sektorundakı qlobal trendlərə, müasir çağırışlara diqqət yönəlib. Yaşıl enerji, kənd təsərrüfatı və aviasiya sahələrində mövcud imkanlar və iri layihələrin birgə maliyyələşməsi imkanları, müxbir əlaqələr, risklərin idarə edilməsi, komplayns, süni intellektin bank əməliyyatlarında tətbiqi və s. mövzularda müzakirələr aparılıb. ABŞ-nin maliyyə institutları ilə Azərbaycan bankları, o cümlədən sektorun aparıcı bankı kimi ABB arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi imkanları dəyərləndirilib.
ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov “Exim Bank”da, ABŞ Ticarət Nazirliyinin Beynəlxalq Ticarət Administrasiyasında keçirilən görüşlərdə müvafiq mövzularda təqdimatlarla çıxış edib. Missiya iştirakçıları Honeyvell Texnologiya və Təcrübə Mərkəzinə də baş çəkiblər.ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.