ABŞ-də 27 dağıdıcı tornado baş verib

Apr27,2024

ABŞ-nin bir neçə ştatında güclü tornado baş verib.

QİA.az xarici mediaya istinadən xəbər verir ki, təbii fəlakətin təsirinə ən çox Nebraska, Corciya, İllinoys, Kanzas, Ayova, Texas, Vayominq, Kolorado, Kentukki və Alabama ştatları məruz qalıb.

Ümumilikdə 27 dağıdıcı tornado qeydə alındığı bildirilir. Bir çox ştatda fövqəladə vəziyyət rejimi elan edilib. Tornado nəticəsində 3 nəfər həlak olub, yüzlərlə ev dağılıb. Hadisə ölkədə son 2 ildə baş verən ən güclü təbii fəlakət hesab olunur.

Bununla belə, sinoptiklər tornadonun aprelin 27-də ən pik həddə çatacağını proqnozlaşdırır.

Oxşar Xəbərlər