SAXAL-ın hücumu nəticəsində “Hizbullah”ın aparıcı fiqurlarından biri ölüb

Apr27,2024

İsrail Müdafiə Ordusunun (SAXAL) Livanın cənubuna endirdiyi aviazərbələr nəticəsində “Hizbullah”ın hərbi-siyasi qruplaşmasının aparıcı şəxslərindən sayılan və “Sacid” ləqəbi ilə fəaliyyət göstərən şeyx Fərəcullah Hammud ölüb.

QİA.az xəbər verir ki, “Hizbullah” məlumatı təsdiqləyib.

Həmçinin məlum olub ki, SAXAL Livanın cənubunda Kfar Şuba rayonunda “Hizbullah”ın mövqelərinə zərbələr endirib.

Oxşar Xəbərlər